...

Xocalı soyqrımını törədənlərə, Gəncəni, Tərtəri, Bərdəni bombalayanlara hələ də sanksiya tətbiq edilməyib - Səyavuş Novruzov

Siyasət Materials 23 Aprel 2024 11:27 (UTC +04:00)
Xocalı soyqrımını törədənlərə, Gəncəni, Tərtəri, Bərdəni bombalayanlara hələ də sanksiya tətbiq edilməyib - Səyavuş Novruzov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın uğurlarını istəməyənlər məkrli niyyətlərini həyata keçirməyə başlayıb.

Trend xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, bu, beynəlxalq təşkilat və dövlətlər, eləcə də Azərbaycanda həmin dövlətlərə xidmət göstərən insanlar, siyasi partiyalar və s.- dir.

“Azərbaycan hər zaman atdığı addımı beynəlxalq hüquq normalarına uyğun atır”, - o deyib.

S.Novruzov qeyd edib ki, Azərbaycanın tələb etdiyi və ortaya qoyduğu məsələlər haqq işidir.

“Əfsus ki, bəzi ölkələr özlərini demokrat adlandırsa da, bu addımların heç birində Azərbaycanın haqq işində nəinki dəstək göstərmək, onun əleyhinə ikitərəfli bağlanacaq sülh müqavilələri və digər məsələlərə qarşı məkrli niyyətlərini ortaya qoyur. Xocalı soyqrımını, Azərbaycan xalqının və insanlıq əleyhinə cinayət törədənlər, Gəncəni, Bərdəni, Tərtəri bombalayanlara qarşı bu günə qədər hələ sanksiya tətbiq olunmayıb.

Azərbaycanda Əli Kərimli adında “tiktoker” var. Bir kompüter, bir də özüdür. Qoyur qabağına danışır. Təbii ki, kompüter danışa bilmədiyindən ona cavab verə bilmir. Əgər Ə.Kərimlinin cəsarəti çatıb hər hansı fikir söyləmək istəyirsə istənilən internet saytda fikir bildirməsi üçün dəvət edirik. Ona başa salaq ki, dünya nədən ibarətdir. Dünya xalqı və dövlətini sevməkdir. Bu gün görülən işlərə kölgə salmağa çalışmaq, insanlara düzgün olmayan məlumatlar vermək heç də yerində deyil. Nə vaxt istəyir, biz hazırıq”, - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti