...

Azərbaycanla Slovakiya arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq müzakirə olundu

Siyasət Materials 15 May 2024 15:40 (UTC +04:00)
Azərbaycanla Slovakiya arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq müzakirə olundu
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Slovakiya arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb.

Trend MN-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyanın Bratislava şəhərində keçirilən "IDEB 2024" beynəlxalq sərgisində iştirak edir.

Sərgidə Aqil Qurbanov Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri cənab Robert Kalinak ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Slovakiya arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığa, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti