...

Cəbrayıl, Qubadlı və Zəngilanda 2026-cı ilin sonunadək bir sıra yaşayış məntəqəsinin inşa olunması planlaşdırılır - Vahid Hacıyev

Siyasət Materials 30 May 2024 11:37 (UTC +04:00)
Cəbrayıl, Qubadlı və Zəngilanda 2026-cı ilin sonunadək bir sıra yaşayış məntəqəsinin inşa olunması planlaşdırılır - Vahid Hacıyev
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Zəngilan. Trend:

Cəbrayıl, Qubadlı və Zəngilanda 2026-cı ilin sonunadək 3 şəhər, 5 qəsəbə və 24 kəndin inşa olunması planlaşdırılır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusunda 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransında çıxışında deyib.

"Bu gün Şərqi Zəngəzur və Qarabağda tikinti gedir, bölgənin müxtəlif hissələrində aktiv layihələr həyata keçirilir. Bizim əsas vəzifəmiz Cəbrayıl, Qubadlı və Zəngilanda 3 şəhər, 5 qəsəbə və 24 kəndin yenidən qurulmasıdır. İşlərin 2026-cı ilin sonunadək tamamlanması planlaşdırılır", - deyə o bildirib.

Onun sözlərinə görə, bu təşəbbüslər dayanıqlılıq, inklüzivlik və təhlükəsizliyə üstünlük verən müasir şəhərsalma prinsiplərinə əsaslanır.

"Yenidənqurma zamanı əsas problemlərdən biri minatəmizləmə və təhlükəsizliklə bağlıdır. Bu ərazilər təqribən 30 illik işğal müddətində minalarla güclü şəkildə çirklənib ki, bu da onları ən çox zərər çəkmiş bölgələrdən birinə çevirib", - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycanın ev sahibliyi etdiyi 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransında, ümumilikdə 75 ölkədən 300-dən çox nümayəndə iştirak edir. İştirakçılar arasında bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmilərinin, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri təmsil olunur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti