...

TÜRKPA-ya sədrlik Azərbaycana keçib

Siyasət Materials 6 İyun 2024 11:47 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

TÜRKPA-nın fəaliyyətdə olan sədrliyi Türkiyədən Azərbaycana təhvil verilib.

Trend-in məlumatına görə, bu barədə TÜRKPA Assambleya Şurasının Bakıda keçirilən iclasında qərar qəbul edilib.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş sədrliyi Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya təhfil verib.

İclası giriş nitqi ilə açan sədr Sahibə Qafarova həmkarlarını salamlayaraq TÜRKPA-nın fəaliyyətdə olan sədrliyini qürur hissi ilə təhvil aldığını deyib.

"TÜRKPA-ya sədrliyi dövründə səmərəli fəaliyyətinə, türk dünyasında parlament diplomatiyası və əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələrə görə hörmətli cənab sədr Numan Kurtulmuş başda olmaqla Türkiyə Böyük Millət Məclisinə minnətdarlığımı bildirirəm", - sədr əlavə edib.

O qeyd edib ki, Azərbaycan Respublikasının Milli Məclisi qarşıdakı dövrdə təşkilatın məqsədlərinə nail olunması, əməkdaşlığın daha da inkişafı üçün lazımı tədbirlərin həyata keçirilməsinə çalışacaq.

"TÜRKPA-ya sədrliyi dövründə səmərəli fəaliyyətinə, türk dünyasında parlament diplomatiyası və əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələrə görə hörmətli cənab sədr Numan Kurtulmuş başda olmaqla Türkiyə Böyük Millət Məclisinə minnətdarlığımı bildirirəm.

Əminliklə bildirirəm ki, Azərbaycan Respublikasının Milli Məclisi qarşıdakı dövrdə təşkilatın məqsədlərinə nail olunması, əməkdaşlığın daha da inkişafı üçün lazımı tədbirlərin həyata keçirilməsinə çalışacaq.

Sevindirici haldır ki, türk əməkdaşlıq qurumlarımız xalqlarımızın fikir və əməl birliyinin möhkəmləndirilməsi istiqamətində inamla fəaliyyət göstərirlər.

Azərbaycan Respublikası ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin dərinləşməsinə TÜRKPA-nın verdiyi töhfələri yüksək qiymətləndirir.

Biz hesab edirik ki, eyni kökdən olan, ortaq milli-mənəvi dəyərləri bölüşən xalqlarımızın və dövlətlərimizin ümumi məqsədlər ətrafında daha da sıx birləşməsində TÜRKPA və digər inteqrasiya qurumlarımız mühüm rol oynayır", - o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti