Bakı. Trend:
TÜRKPA-nın fəaliyyətdə olan sədrliyi dövründə əməkdaşlığımızın inkişaf naminə var gücümüzlə çalışacağıq.
Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın “Türk Dünyası üçün Yaşıl Üfüqlər: Yaşıl Gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” mövzusuna həsr olunmuş 13-cü plenar iclasının yekunlarına dair mətbuat konfransında deyib.
O qeyd edib ki, fəaliyyətimizi zənginləşdirmək üçünəməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik.
Çıxışında Sahibə Qafarova bütün nümayəndə heyətlərinə iclasda fəal iştiraklarına görə minnətdarlıq ifadə edib. TÜRKPA-nın parlamentlərimizin qarşılıqlı faydalı əməkdaşlığının səmərəli platformasına çevrildiyini deyən spiker təşkilatın fəaliyyətinin daha da gücləndirilməsi, yeni məzmunla zənginləşdirilməsi üçün birgə səylərin bundan sonra da davam etdirilməsində hamının həmfikir olduğuna əminliyini ifadə edib.