...

Mayot adası ölümün astanasındadır - Tohiri Mohammed

Siyasət Materials 3 Sentyabr 2024 10:49 (UTC +04:00)
Mayot adası ölümün astanasındadır - Tohiri Mohammed
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Mayot adası ölümün astanasındadır.

Trend xəbər verir ki, bunu Mayot adasınından olan Tohiri Mohammed Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın işğalı altında olan Mayot adasına həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qəmər xalqı ötən illərdə bir çox fəlakətlər yaşayıb.

“Fransa qondarma sərhədlər yaradaraq Mayot adasında yaşayan eyni kökdən olan xalqların hərəkətinə süni əngəllər yaradıb. Fransa eyni kökdən olan xalqları ayırmağa çalışır. Qamər xalqına tətbiq edilən viza rejimi insanlar üçün ciddi problemlər yaradır. Xüsusilə sağlamlıqla bağlı yaxın ərazilərə getmək üçün belə viza almaq lazımdır”.

Onun sözlərinə görə, Fransanın apardığı müstəmləkə siyasəti nəticəsində minlərlə insan həyatını itirib, minlərlə insan isə ölümlə üz-üzədir.

“İmkan verilmir ki, Qəmər əhalisi rahat şəkildə yaşasın, hərəkət etsin. Vanbuşu əməliyyatında Fransa bir çox silahlı qüvvələrinin hesabına insanların evləri yandırıldı, öldürüldü, insanlar doğma evlərindən qovuldu”.

Qeyd edək ki, Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın işğalı altında olan Mayot adasına həsr olunmuş beynəlxalq konfrans keçirilir.

"Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı konfransda Fransanın işğalına qarşı mübarizə aparan və Mayot adasının Qəmər Adaları İttifaqının (Komor Adaları İttifaqı - red.) tərkibinə geri qayıtmasına çalışan Qəmər Adaları İttifaqı, o cümlədən, Mayot adasının ictimai-siyasi xadimləri, elmi dairələrinin nümayəndələri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasi partiyalarının üzvləri, habelə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edir.

Konfransda Qəmər Adalarında Fransanın müstəmləkəçilik tarixi, Mayotun Fransa tərəfindən işğalı və bunun nəticəsində qəmərlilərə vurulmuş ziyan, Fransanın bu bölgədə müstəmləkəçilik siyasətinin geosiyasi və iqtisadi maraqları, habelə Qəmər Adaları İttifaqının Mayot adası ilə bağlı beynəlxalq təşkilatların mövqeyi müzakirə olunur.

Xəbər lenti

Xəbər lenti