...

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib (YENİLƏNİB)

Siyasət Materials 11 Sentyabr 2024 16:08 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib (YENİLƏNİB)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il sentyabrın 11-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

Trend xəbər verir ki, əvvəlcə Komissiyanın 10 sentyabr 2024-cü il tarixli iclasının protokolu təsdiq edilib.

Sonra 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb.

Vətəndaşların seçki hüquqlarının daha səmərəli və effektiv təmin olunması üçün şəffaf, hərtərəfli və obyektiv araşdırılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib. Maraqlı subyektlərin də bilavasitə iştirakı ilə Komissiya üzvlərinin müzakirəsindən sonra 78 saylı Lənkəran kənd seçki dairəsinin 29 və 32 saylı seçki məntəqələri, eləcə də 22 saylı Nəsimi - Yasamal seçki dairəsinin 2, 14 və 20 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab olunub.

Mərkəzi Seçki Komissiyası seçkilərlə əlaqədar daxil olan müraciətlərin və müxtəlif mənbələrdən əldə edilən məlumatların tam şəffaf, qərəzsiz və təfsilatı ilə diqqətlə araşdırılması istiqamətindəki qərarlılığını bir daha bəyan edib.

Media mənsubları tərəfindən operativ işıqlandırılan iclasın sonunda, həmçinin cari məsələlərə də baxılıb.

xxx

Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

Trend xəbər verir ki, iclasda Komissiyanın 10 sentyabr 2024-cü il tarixli iclasının protokolunun təsdiq edilməsi, MSK-ya daxil olan müraciətlərə məsələləri müzakirə edilib.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

Xəbər lenti

Xəbər lenti