...

Prosedur pozuntularının hamısına diqqət edirik - MSK sədri

Siyasət Materials 11 Sentyabr 2024 17:16 (UTC +04:00)
Prosedur pozuntularının hamısına diqqət edirik - MSK sədri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Seçki Komissiyası prosedur pozuntularının hamısına diqqət edirik.

Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, iki bülleten atılıbsa, biz nəticələri ləğv edirik:

“O komissiya üzvləri uzaqlaşdırılacaq. Biz bu cür üzvləri saxlamamalıyıq”.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

Xəbər lenti

Xəbər lenti