...

Azərbaycan-Ermənistan sülh prosesindəki irəliləyişlər Ankara-İrəvan normallaşma prosesinə də müsbət təsir edəcək - Ərdoğan

Siyasət Materials 24 Sentyabr 2024 19:51 (UTC +04:00)
Azərbaycan-Ermənistan sülh prosesindəki irəliləyişlər Ankara-İrəvan normallaşma prosesinə də müsbət təsir edəcək - Ərdoğan
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Biz Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyirik.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

"Ümid edirik ki, bu istiqamətdəki fəaliyyətdə müsbət nəticələr əldə ediləcək.

Biz, həmçinin, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi istiqamətində qarşılıqlı şəkildə faydalı olan addımlar atırıq.

Azərbaycanla Ermınistan arasındakı sülh prosesində əldə ediləcək irəliləyişlər Türkiyə və Ermənistan münasiblərinin normallaşdırılması prosesinə müsbət təsir göstərəcək", - o qeyd edib.

Qeyd edək ki, bu gün BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində əsas debatlar başlayıb. Builki debatlar “Heç kəsi geridə qoymamaq: İndiki və gələcək nəsillər üçün sülh, dayanıqlı inkişaf və insan ləyaqətinin inkişafı naminə birgə hərəkət etmək” mövzusunda təşkil olunub. Azərbaycanı əsas debatlarda xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. Onun çıxışı sentyabrın 28-nə nəzərdə tutulub. Debatlar sentyabrın 30-da yekunlaşacaq.

Xəbər lenti

Xəbər lenti