Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib.
Trend səfirin dosyesini təqdim edir:
Rəhman Mustafayev 26 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub. Moskva Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil alıb.1993-1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya-analiz xidmətinin baş məsləhətçisi işləyib. 1994-1997-cı illərdə Azərbaycanın Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi olub. 1997-1999-cu illərdə Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri olub.
2000-2006-cı illərdə Azərbaycanın Rusiyadakı səfirliyində müşavir, 2006-cı ilin may-noyabr aylarında Azərbaycan XİN-in birinci ərazi idarəsinin direktor müavini olub.
2006-cı ilin noyabrından 2009-cu ilədək Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktoru olub.
Rəhman Mustafayev Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2017-ci il tarixli sərəncamı ilə Yunanıstan Respublikasındakı və eyni zamanda, Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
23 iyun 2017-ci ildən 17 oktyabr 2022-ci ilədək Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub.
17 oktyabr 2022 – 1 oktyabr 2024-cü illərdə Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri olaraq çalışıb.
1 oktyabr 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.