...

Natali Luazo kimiləri COP29-un Azərbaycanda keçirilməsini həzm edə bilmir - RƏY

Siyasət Materials 11 Oktyabr 2024 15:39 (UTC +04:00)
Natali Luazo kimiləri COP29-un Azərbaycanda keçirilməsini həzm edə bilmir - RƏY
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bir neçə gün bundan öncə Avropa Parlamentinin Cənubi Qafqaz üzrə Parlament Əməkdaşlıq Komitəsinə sədr müavini seçilən və sırf ermənipərəst və Azərbaycanafob çıxışları ilə tanınan fransız deputat Natali Luazo ölkəmizə qarşı yeni cəfəng açıqlama ilə çıxış edib. Çox maraqlıdır ki, cəmi bir neçə gündür ki, Cənubi Qafqaz üzrə əməkdaşlıq Komitəsində sədr müavini seçilən Natali Luazo Azərbaycana, xalqımıza qarşı bütün nifrətini açıq şəkildə büruzə verən bir bəyanat verdi.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

"İlk növbədə, Natali Luazo öz açıqlamasında Azərbaycanda keçiriləcək COP29 sessiyası ilə bağlı cəfəng fikirlər səsləndirib.

Onun bu fikirlərinə cavab olaraq vurğulamaq lazımdır ki, erməni lobbisinin əlində bir alətə çevrilən Natali Luazo kimiləri COP29 sessiyasının əhəmiyyətini anlamır, anlasa belə, bunun Azərbaycanda keçirilməsini həzm edə bilmir. Çünki COP29 sessiyası dünyada iqlim dəyişikliyinə diqqət çəkən mötəbər bir tədbirdir.

Natali Luazo çox gözəl anlayır ki, onun öz ölkəsi olan Fransa əsrlər boyu neokolonializm siyasətini davam etdirərək, işğal etdikləri müstəmləkə ölkələrin, xalqların var-dövlətlərini talan etməklə yanaşı, oradakı təbiəti, təbii yataqları, faydalı qazıntıları mənimsəyərək, öz ölkəsinə aparıb", - millət vəkili qeyd edib.

Onun sözlərinə görə, Natali Luazo COP29 sessiyası haqqında danışmaqdansa, öz ölkəsinin qara tarixindən danışsa daha yaxşıdır:

"Natali Luazo verdiyi bəyanatda Qarabağdan getmiş erməni əhalisinin hüquqlarından bəhs edir, ancaq hələ də Fransanın işğalı altında olan – Martinika, Yeni Kolodoniya, Korsika və digər ərazilərdə öz azadlıqlarını tələb edən insanların hüquqları kobudcasına pozulur, öldürülür, həyatlarından və mülkiyyətlərindən məhrum olunurlar.

Natali Luazonun öz ölkəsində insan hüquqlarının kobudcasına pozulmasını kənara qoyaraq, Azərbaycana qarşı dil uzatması ikiüzlü və riyakar siyasətdir. Ümumiyyətlə, bu şəxsin Cənubi Qafqaz üzrə İşçi qrupuna gəldikdən dərhal sonra öz iç üzünü büruzə verməsi, Azərbaycana qarşı daha çox qarayaxma kompaniyası, eskalasiya, konfrantasiyaya gəldiyini bəyan etdi.

Biz dövlət olaraq bu cür təxribatçıların, "spoiler"lərin fikirlərinə önəm vermirik. Avropa Parlamentinə belə şəxslərin gəlməsi onların məsul vəzifələrə təyin edilməsini qınayır və fikirlərini qəti şəkildə rədd edirik".

Xəbər lenti

Xəbər lenti