...

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları təltif edilib - SƏRƏNCAM

Siyasət Materials 15 Mart 2025 11:19 (UTC +04:00)
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları təltif edilib - SƏRƏNCAM
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edib.

Trend xəbər verir ki, bununla bağlı dövlət başçısı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Əsgərov Vasif Asif oğlu – polkovnik-leytenant

Mirzəyev Ruslan Cəmil oğlu – polkovnik-leytenant

“Vətən uğrunda” medalı ilə

İsmayılov Ramin Əfsələddin oğlu – polkovnik-leytenant

Behbudov Nofəl Arif oğlu – mayor

“Hərbi xidmətlərə görə” medalı ilə

Abbasov Hafiz Sakit oğlu – polkovnik-leytenant

Ələkbərov Eldəniz Yaşar oğlu – polkovnik-leytenant

Abdullayev Tural Front oğlu – mayor

Eyvazlı Pərviz Barat oğlu – mayor

Mayılov Elməddin Nəcməddin oğlu – mayor

Musayev İlqar Sabir oğlu – mayor

Heydərov Fuad Abdulla oğlu – kapitan

Nəcəfov Fadiq İsa oğlu – kapitan.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti