...

İran valyutasının dəyər itirməsi səbəbindən Mərkəzi Bankın sədri istefa məktubunu prezidentə təqdim edib

Dünya xəbərləri Materials 29 Dekabr 2025 16:46 (UTC +04:00)
İran valyutasının dəyər itirməsi səbəbindən Mərkəzi Bankın sədri istefa məktubunu prezidentə təqdim edib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran valyutasının xarici valyutalar qarşısında gündəlik olaraq dəyərini itirməsinə görə İranın Mərkəzi Bankının sədri Məhəmməd Rza Fərzin istefa məktubunu prezident Məsud Pezeşkiana təqdim edib.

Trend-in məlumatına görə, bunu İranın vitse-prezidenti Mehdi Tabatabai yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu haqda İran prezidentinin qərar verməsi və Mərkəzi Bankın sədrinin istefasını qəbul etməsi gözlənilir.

Tabatabai əlavə edib ki, Mərkəzi Bankın sədrinin dəyişilməsi xarici valyutanın qiymətini nəzarətdə saxlamaq üçün həll yolu deyil. Lakin hökumət bu istiqamətdə həll yolları nəzərdə tutub. Hazırda İran valyutası qarşısında xarici valyutanın dəyərinin artmasının bir hissəsi ölkə iqtisadiyyatına hakim olan şərait, bir hissəsi isə emosiyalarla əlaqədardır. Emosiyalar sakitləşərsə vəziyyət stabilləşə bilər.

Qeyd edək ki, İran valyutasının xarici valyutaları qarşısında gündəlik olaraq dəyərini itirməsinə etiraz olaraq bu gün Tehranda bazar ticarətçiləri etiraz aksiyası keçirib. Aksiyaya yüzlərlə ticarətçi qatılıb, onlar valyutanın dəyərinin stabilləşdirilməsi üçün addımların atılmasını tələb edirlər.

Əlavə edək ki, bu gün üçün 1 ABŞ dolları Mərkəzi Bankın rəsmi məzənnəsi ilə 755 min rial təşkil etsə də, qara bazarda 1,4 milyon riala alqı-satqı olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti