...

Bakıda ictimai iaşə dövriyyəsi 15%-ə yaxın artıb

İqtisadiyyat Materials 29 Dekabr 2025 15:34 (UTC +04:00)
Bakıda ictimai iaşə dövriyyəsi 15%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 1,949 milyard manat olub.

Trend bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14,6 faiz çoxdur.

Dövr ərzində hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 933 milyon manat olub ki, bu da ümumi dövriyyənin 47,9 faizini təşkil edib.

Qeyd edək ki, ümumi ölkə üzrə 2025-ci ilin yanvar-noyabr aylarında ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 12,8 faiz artaraq 2,489 milyard manat olub.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,2 faizi hüquqi şəxslərin, 48,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz artaraq 1,263 milyard manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti