Bakı. Trend:
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak çərçivəsində UNESCO-nun Təhsil üzrə baş direktorunun müavini Stefania Ciannini ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyi rəsmi X hesabında məlumat yayıb.
Görüş zamanı tərəflər təhsil sahəsində mövcud əməkdaşlıq və gələcək perspektivləri müzakirə ediblər.
Qeyd edək ki, bundan əvvəl Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO Baş direktorunun təbiət elmləri üzrə müavini Lidiya Brito ilə də görüş keçirib.