...

Prezident İlham Əliyev: Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub

Siyasət Materials 27 Mart 2025 14:05 (UTC +04:00)
Prezident İlham Əliyev: Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Artıq 13-cü yaşayış məntəqəsidir ki, keçmiş köçkünlər qayıdırlar. Bütün keçmiş köçkünlər üçün gələcəkdə bu cür şərait yaradılacaq.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdamın Sarıcalı kəndində yeni mənzillərə köçən sakinlərlə görüşdə çıxışında deyib.

“Ağdam rayonunun işğaldan sonra birinci yaşayış məntəqəsi keçmiş köçkünlərin sərəncamına verilir. Ancaq bu il digər kəndlərə də ağdamlılar qayıdacaqlar. Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub, digər kəndlərdə inşaat işləri gedir. Təbii olaraq Ağdam şəhəri sıfırdan qurulur, yenidən qurulur və ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək”, - deyə dövlətimizin başçısı qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti