...

Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə danışıqlar Alen Simonyanın səlahiyyətləri daxilində deyil – Zaxarova

Siyasət Materials 27 Mart 2025 15:00 (UTC +04:00)
Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə danışıqlar Alen Simonyanın səlahiyyətləri daxilində deyil – Zaxarova
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın Ermənistanın Azərbaycan və Rusiya ilə kommunikasiyaların açılması üzrə üçtərəfli formata qayıtmaq niyyətində olmadığı barədə sözlərini şərh etməkdən imtina edib.

Trend xəbər verir ki, o, bu barədə bu gün keçirdiyi həftəlik brifinqdə çıxışı zamanı imtina edib.

"Mən xatırlatmaq istərdim ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələsinin işlənib hazırlanması müvafiq baş nazir müavinlərinə həvalə edilib. Ermənistanda bu məsələ ilə sizin qeyd etdiyiniz dövlət xadimi yox, başqası məşğuldur. Buna görə də yəqin ki, onların bu məsələnin icrası ilə bağlı yerlərini dəyişib-dəyişmədiklərini İrəvandan soruşmaq lazımdır. Əgər dəyişməyiblərsə, onda, yəqin ki, bu istiqamətə cavabdeh şəxsə müraciət etmək lazımdır. Bilirsiniz, mən konkret şəxsin konkret bəyanatını şərh etmək belə istəmirəm, çünki biz hesab edirik ki, bu, onun səlahiyyətində deyil. Bunu öz qiymətləndirməmiz əsasında yox, məhz Ermənistan rəhbərliyinin göstərişlərinə əsaslanan qiymətləndirmə əsasında deyirik ",- deyə o birifinq zamanı bildirib.

Zaxarova vurğulayıb ki, bu mühüm məsələnin həlli üçün ən yüksək səviyyədə əldə olunmuş üçtərəfli razılaşmalara uyğun olaraq, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpası üzrə müvafiq üçtərəfli işçi qrupu yaradılıb.

"Bu çərçivədə Ermənistan və Azərbaycan arasında nəqliyyat marşrutlarının qarşılıqlı suverenlik prinsipləri əsasında qurulması üçün həm hüquqi bazanın, həm də texniki parametrlərin razılaşdırılması istiqamətində böyük iş aparılıb. Bəli, biz Qərb ölkələrinin destruktiv təsirini görürük, eləcə də Ermənistan hakimiyyətinin mövqeyinin bəzən, hətta çox vaxt, bizdə suallar yaratdığını müşahidə edirik. Məhz bu iki amil səbəbindən qrupda əməkdaşlıq, işbirliyi dayanıb. Biz bunu dəfələrlə şərh etmişik, bu yeni xəbər deyil. Əminik ki, adıçəkilən qrupda tammiqyaslı əməkdaşlığın tezliklə bərpası təkcə Cənubi Qafqazın nəqliyyat-loqistika sisteminin bərpasına töhfə verməyəcək, həm də onu Avropa ilə Asiya arasında yük daşımalarının daha geniş sxeminə inteqrasiya edəcək və nəticə etibarilə həm Ermənistanın, həm də bütövlükdə regionun sosial-iqtisadi inkişafını təmin edəcək", - deyə Zaxarova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti