...

Azərbaycan Türk Dövlətləri Təşkilatının İnkişafında mühüm rol oynayır - Kubanıçbek Ömüralıyev

Siyasət Materials 11 Aprel 2025 14:53 (UTC +04:00)
Azərbaycan Türk Dövlətləri Təşkilatının İnkişafında mühüm rol oynayır - Kubanıçbek Ömüralıyev
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Antalya. Trend:

Azərbaycan Türk Dövlətlər Təşkilatının inkişafında mümhüm rol oynayır.

Bunu Trend-in sualını cavablandırarkən TDT baş katibi Kubanıçbek Ömüraliyev bildirib.

“Azərbaycan təkcə təşkilatın təsisçisi yox, həm də onun çox fəal üzvüdür. Biz böyük bir ailə olaraq birlikdə olmuşuq, birlikdəyik və həmişə birlikdə olacağıq”, -deyə Ömüraliyev 4-cü Antalya Diplomatiya Forumu çərçivəsində bildirib.

TDT vacibliyindən söz açan baş katib, təşkilatın orta tarixi kökləri, mədəniyyəti, ənənələri, dili və dini olan dövlətləri birləşdirdiyini qeyd edib.

O, eyni zamanda bu yaxınlarda, ötən ilin noyabr ayında Bişkekdə baş tutan sammiti xatırladıb.

“Bu ilin may ayında bizi Budapeştdə qeyri-rəsmi sammit gözləyir, üçüncü sammit isə Azərbaycanda – Bakıda keçiriləcək”, - deyə Ömüraliyev qeyd edib.

Onun sözlərinə görə bu kimi tədbirlər TDT-nin gələcək inkişafında mühüm rol oynayır və üzv-dövlətlər arasında əməkdaşlığın möhkəmlənməsinə vəsilə olur.

Ömüralıyev təşkilatın qarşıya qoyduğu hədəflərdən də söz açıb.

“Əsas məqsəd – təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın inkişafı və xalqlarımızın rifahının yaxşılaşdırılmasıdır. Biz bu istiqamətdə fəaliyyəti davam etdirəcəyik”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti