...

Regional əməkdaşlıq çərçivəsində İran-Azərbaycan münasibətlərinin inkişafına ümid edirik – Səid Xətibzadə (ÖZƏL)

Siyasət Materials 7 May 2025 08:00 (UTC +04:00)
Regional əməkdaşlıq çərçivəsində İran-Azərbaycan münasibətlərinin inkişafına ümid edirik – Səid Xətibzadə (ÖZƏL)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Regional əməkdaşlıq çərçivəsində İran və Azərbaycan arasında münasibətlərin özünəməxsus şəkildə inkişaf edəcəyinə ümid edirik.

Bunu Trend-ə müsahibəsində İran xarici işlər nazirinin müavini və İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Səid Xətibzadə deyib.

Onun sözlərinə görə, İran və Azərbaycan arasında münasibətlərin yeni səviyyəsinə start verilib:

"Buna İran Prezidenti Məsud Pezeşkianın səfərində də şahidi olduq. İki ölkə münasibətlərdə yeni səhifənin açılmasının tərəfdarıdır".

Xətibzadə deyib ki, İran Azərbaycanla ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə müsbət prizmadan yanaşır və bu da əlaqələrin inkişafına öz töhfəsini verəcək.

“İran Azərbaycan və Ermənistan arasında əldə olunacaq sülh anlaşmasından sonra regional əməkdaşlıqda yeni perspektivlərin açılacağına ümid edir. Regional və beynəlxalq proseslər iki ölkə arasında müsbət mənada fərqli münasibətlərin inkişafına imkan yarada bilər”, - deyə o qeyd edib.

Xətibzadə bildirib ki, İran və Azərbaycan arasında bir çox iqtisadi sahələrdə ortaq imkanlar mövcuddur.

"Bölgədə enerji, müştərək şəkildə elektrikin istehsalı və mübadiləsi sahəsində önəmli potensiallar mövcuddur ki, onların aktivləşdirilməsi iki ölkə əlaqələrinin iqtisadi sektorda inkişaf etməsinə öz töhfəsini verə bilər.

İran və Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində əsaslı rola sahib olan ölkələr sırasındadır. Regional səviyyədə tranzit və yükdaşımalarda bu dəhliz diqqət mərkəzində olan əsas istiqamətlərdən biridir. Bu dəhliz regional yükdaşımaya kömək göstərəcək.

Bundan əlavə, iki ölkənin əməkdaşlığı ilə Fars körfəzindən Qara dənizə qədər yükdaşımalarda iki ölkə aktiv rola sahib ola bilər.

Bununla yanaşı, turizm, mədəniyyət və digər maraq kəsb edən sahələrdə əlaqələri daha da inkişaf etdirmək mümkündür. Bütün bunlar təbii olaraq iki ölkənin müsbət əlaqələrinin olmasını tələb edir”, - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti