...

Moskva Azərbaycan və Ermənistanın NATO-nun regionundakı fəaliyyəti ilə bağlı Rusiyanın narahatlığını anladığına ümid edir - Zaxarova

Siyasət Materials 11 İyun 2025 16:43 (UTC +04:00)
Moskva Azərbaycan və Ermənistanın NATO-nun  regionundakı fəaliyyəti ilə bağlı Rusiyanın narahatlığını anladığına ümid edir - Zaxarova
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya tərəfi Azərbaycan və Ermənistanın NATO-nun Cənubi Qafqaz regionundakı fəaliyyəti ilə bağlı Rusiyanın narahatlığını anladığına ümid edir.

Trend xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, NATO Cənubi Qafqazın təhlükəsizliyi üçün heç bir xeyir gətirmir.

"Əksinə, biz yaxşı bilirik ki, Qərbin əsas məqsədi regionu sabitsizləşdirmək, qarşıdurma yaratmaq və yeni gərginlik ocaqları formalaşdırmaqdır. Ümid edirik ki, həm Bakıda, həm də İrəvanda bizim bu məsələyə dair əsaslı narahatlığımızı başa düşürlər və eyni zamanda aqressiv hərbi bloklarla əməkdaşlığın dərinləşdirilməsinin doğura biləcəyi riskləri tam şəkildə qiymətləndirirlər,”- deyə diplomat vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti