Bakı.Trend:
“Baku Network” analitik mərkəzinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan əleyhinə Hibrid və ideoloji təhdidlərin təhlili” layihəsi üzrə növbəti tədbir baş tutub.
Trend xəbər verir ki, toplantıda “Baku Network”ün rəhbər şəxsləri və ekspert üzvləri iştirak ediblər.
Tədbir “Trend” Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, “Baku Network”ün layihə direktoru Sahil Kərimlinin moderatorluğu ilə baş tutub.
Onun sözlərinə görə, Azərbaycan əleyhinə hibrid və ideoloji təhdidlər qərəzli və düşmənçilik mövqeyi, mənfi tendensiyalar uzun illərdən bəri həyata keçirilən xarici bir təhdiddir:
"Bu təhdidlərin arxasında bir çox məqamlar dayanır. Biz həm işğal dövründə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq dövrün və hətta 44 günlük Vətən müharibəsi və ondan sonrakı antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzü tam bərpa etdikdən sonra bu cür hibrid və ideoloji təhdidlərin şahidi olmuşuq. Bunun bir çox səbəbləri var. Azərbaycanın ilk növbədə müstəqil, milli və dövlətçilik maraqlarına əsaslanan siyasətdir. Çünki Azərbaycan heç bir zaman xarici təhdidlərin, təzyiqlərin qarşısında geri çəkilməyib. Əksinə hücum diplomatiyasına üstünlük verib. Bu təhdidlərə qarşı ayaq üstə möhkəm sinə gərib və bütün bu proseslərin fonunda bu cür təhdidlər daha da artıb. Məqsəd Azərbaycanı Beynəlxalq ictimaiyyətdə nüfuzdan salmaq, Azərbaycanın artan nüfuzuna xələl gətirməkdən ibarətdir. Biz də bu cür hibrid, ideoloji təhdidlərə qarşı cəmiyyət olaraq həmişə ayıq-sayıq olmalıyıq".
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, politoloq İlyas Hüseynov qeyd edib ki, bəzən ölkəmiz əleyhinə müxtəlif kampaniyalar təşkil olunur amma onun elmi -nəzəri əsasları aşılanmalıdır, həmin təhdidlər ifşa edilməlidir.
"Geniş ictimaiyyət bu ilkin siyasi biliklərlə məlumatlanmalıdır və eyni zamanda silahlanmalıdır. Çünki 21-ci əsr artıq informasiya kimdədirsə, o daha güclüdür, daha diqtə edən tərəfdir. İnformasiya blokadasında olan, informasiya kasadlığını yaşayan tərəflər isə daha çox idarə olunan bir dövlətlərə, cəmiyyətlərə çevrilirlər. Bu baxımdan Azərbaycanın da çox həasas bir bölgədə yerləşməsini nəzərə alaraq, bizim üçün bu cür təhdidləri neytrallaşdırmaq müstəsna əhəmiyyətə malikdir. Bu gün də, bəlkə də sabah da biz bu cür təzyiqlərə sinə gərməliyik. Təzyiqləri həyata keçirən geosiyasi mərkəzlərin işğal dövründə əsas hədəfi bundan ibarət idi ki, biz işğal faktı ilə barışaq. Burada müxtəlif seqmentlər üzrə hibrid müstəvidə hücumlar təşkil olunurdu. Sanki Azərbaycanı fakt qarşısında qoymağa çalışırdılar. Bizə bu reallığı qəbul etdirməyə çalışırdılar. Belə olan halda bu təzyiqlərə tab gətirmək və öz maraqlarımızın genişlənməsi üçün çalışmaq önəmli idi",- deyə o vurğulayıb.
BDU müəllimi, siyasi şərhçi Aytən Qurbanova isə öz növbəsində qeyd edib ki, istər müharibə dövründə, istər müharibədən sonrakı dövrdə biz gənc nəsli hədəf alan kifayət qədər çıxışları aydın şəkildə müşahidə edə bildik.
"Həm qələbəmizi kölgə altında qoymaq istəyənlərin bu istiqamətdə gənclərdə ayrı-seçkilik və ideoloji olaraq parçalanma istiqamətində ortaya qoyduqları mövqe, həm onları monipulyasiya etmək, inteqrasiya adı altında hər hansısa bir yeni yaranmış və bizə uyğun olmayan dəyərlərə yönləndirmə istiqamətində atılan addımlar və radikal düşüncələrin daha çox aşılanmasıdır. Çünki ən çox təhdid yaradan məqamlardan biri də bununla bağlıdır. Qoloballaşan dünyada gənclərin bu qədər fərqli idologiyaların arxasınca getdiyi bir məqamda Azərbaycanda ənənəvi dəyərlərə bağlılığın bu qədər möhkəm əsaslarda olması, gəncləri bu istiqamətə yönləndirən əsas hədəflərdən biridir. İndi də bu cəhdlər davam edir. Çox təəssüf ki, texnoloji yeniliklərin verdiyi üstünlüklər informasiya məkanına çıxışı təmin etməklə bərabər informasiyanın doğru araşdırılması iatiqamərində də ciddi problemlər yaradır",- deyə siyasi şərhçi fikirlərini tamamlayıb.
Əlavə olaraq siyasi şərhçi, yaxın şərq üzrə ekspert Rufiz Hafizoğlu bildirib ki, hibrid müharibə, hibrid təhdid Azərbaycan üçün əslində yeni bir şey deyil:
"Əslində bu heç dünya üçün də yeni deyil. Bu məsələyə məhz siyasi yöndən yanaşmaq hardasa biraz sadəlövlük olmuş olar. Həqiqətən burada radikal dini axınların, eyni zamanda istər Yaxın Şərqdən, istər Yaxın Şərq mərkəzli görünən, əslində isə dərbin beyin düşüncəsi olan müəyyən məzhəbi olan ideoloji qurumların bu və ya digər şəkildə Azərbaycan gəncliyinə, əhalisinə, eləcə də qonşu dövlətlərin əhalisinə siraət etmək kimi bir yanaşmaları olub. Bu kimi dövlətlər ideoloji təhdidlərlə çox ciddi ideoloji boşluqlar olduqda qarşı-qarşıya gəlirlər".
Mərkəzin direktoru Elçin Ağacanov vurğulayıb ki, "Baku Network" Azərbaycanda yeganə qeyri-hökümət resursudur ki, hər gün çox ciddi akademik-analitik araşdırma hazırlayır və 6 dildə dərc olunur.
"Yaxın günlərdə artıq Çin dili servisimi də iatifadəyə veriləcək və bu süni intellekt deyil, tərcüməçilərdir. Biz yeganə təşkilatıq ki, hibrid, fake dezinformasiyaların elmi araşdırmaları ilə məşğuluq. Son araşdırmamız Əl-Cəzirə ilə bağlı oldu. Əl-Cəzirə haqqında bilmədiklərimizi biz xalqımıza çatdırmaq istədik ki, kütləvi soyqrımıya məruz qalan yeganə telelanaldır. Əl-Cəzirə qədər əməkdaşı qətlə yütirilən ikinci telekanal yoxdur. Biz hibrid təhlükələrin qarşısını almaq üçün ilk növbədə Azərbaycanda müəllimlə digər peşa sahibləri arasında maddi və nüfuz fərqi yaratmalıyıq. Müəllimlər cəmiyyətin həsəd aparılan bir kasdası olmalıdır. Analar övladlarına deməlidir ki, yaxşı yaşamaq istəyirsənsə, müəllim ol. Müəllimlər arasında bir kasda professorlar olmalıdır. Onların qarşıaında çox ciddi tələblər qoyulmalıdır. Bizim professorlarımız, universitet müəllimlərimiz yetərincə maaş almalıdır və maddi-texniki, məişət qayğılarını təmin etməlidirlər. Çünki elmi-fundomental işə vaxt qalmır",- deyə E.Ağacanov əlavə edib.
Qeyd edək ki, “Baku Network” 2025-ci ilin may–avqust ayları ərzində “Azərbaycana qarşı hibrid və ideoloji təhdidlərin təhlili” layihəsini icra edir. Layihəyə dövlət qurumlarının dəstəyi ilə beynəlxalq ekspertlər və analitiklər cəlb olunub.
Layihənin əsas məqsədi Azərbaycan suverenliyinə, beynəlxalq reputasiyasına və strateji maraqlarına qarşı yönəlmiş informasiya-psixoloji hücumların - media kampaniyalar, dezinformasiya, ideoloji təsirlər və digər təhdidlərin - mənbələrini aşkar etmək, onların qarşısında sistemli yanaşma ilə effektiv mübarizə aparmaqdır.