...

Donald Tramp Davosda yalnız Prezident İlham Əliyev və Volodimir Zelenski ilə təkbətək görüşdü

Siyasət Materials 24 Yanvar 2026 13:32 (UTC +04:00)
Donald Tramp Davosda yalnız Prezident İlham Əliyev və Volodimir Zelenski ilə təkbətək görüşdü
Sərdar Amin
Sərdar Amin
Bütün xəbərlər

Bakı. Trend:

Dünya iqtisadi gündəmini formalaşdıran beynəlxalq forum – Davos İqtisadi Forumu başa çatdı. Bu toplantıda iqtisadi-siyasi dialoqlar, sazişlərin imzalanması ilə yanaşı bir neçə mühüm məqam da diqqət çəkdi.

Dünya siyasətində həlledici rol oynayan dövlətin rəhbəri - ABŞ Prezidenti Donald Tramp forum çərçivəsində cəmi iki ölkə başçısı ilə təkbətək görüşdü: Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski ilə.

Təkcə bu reallıq Azərbaycan Prezidenti İlham Əliyevin yeni dünya idarəçiliyindəki artan nüfuzunun parlaq göstəricisi kimi qiymətləndirilir. Onlarla dövlət və hökumət başçısının, habelə qlobal iqtisadi elitanın aparıcı nümayəndələrinin iştirak etdiyi yüksək səviyyəli beynəlxalq forum çərçivəsində Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla təkbətək görüşü Azərbaycan dövlət başçısının beynəlxalq siyasi nüfuzunun, şəxsi etibarının və qlobal liderlər dairəsində qəbul olunan aktor statusunun bariz göstəricisidir. Bu görüş İlham Əliyevin təkcə regional lider deyil, eyni zamanda qlobal siyasi dialoqda birbaşa təmas qurmaq imkanına malik etibarlı tərəfdaş kimi dəyərləndirildiyini təsdiqləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti