...

Azərbaycan XİN Kanadaya başsağlığı verdi

Siyasət Materials 11 Fevral 2026 18:12 (UTC +04:00)
Azərbaycan XİN Kanadaya başsağlığı verdi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Biz Kanadanın Tambler Ric şəhərində baş verən faciəvi məktəb atışması xəbərindən dərindən kədərləndik.

Trend xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Bu çətin zamanda qurbanların ailələrinə və yaxınlarına, eləcə də Kanada hökuməti və xalqına səmimi başsağlığı veririk. Düşüncələrimiz həmçinin yaralananlarla birlikdədir və onlara tezliklə tam sağalmağı arzu edirik", - paylaşımda bildirilib.

Qeyd edək ki, Kanadanın Tambler Ric şəhərində yerləşən məktəbdə atışma baş verib. İnsident nəticəsində azı 10 nəfər ölüb. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin də meyiti məktəb ərazisində tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti