...

AZƏRBAYCAN PARLAMENTARİLƏRİ AŞPA-NIN MÜZAKİRƏLƏRİNDƏ FƏAL İŞTİRAK ETMƏK NİYYƏTİNDƏDİR

Siyasət Materials 16 İyun 2005 21:32 (UTC +04:00)
Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyun sessiyasının müzakirələrində fəal iştirak etmək niyyətindədir.Bu barədə Trend agentliyinə AŞPA-da Azərbaycan parlament nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva bildirib. "Biz Monitorinq komitəsinin məruzə mətnlərinə, insan hüquqları üzrə Komitəyə və AŞPA qanunvericiliyinədüzəliş, əlavə və dəyişiklikləri daxil edəcəyik"-deyə deputat bildirib.

Monitorinq komitəsi AŞPA-ya "Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında" məruzəsini, insan hüquqları üzrə Komitə və qanunvericiliyə isə "Azərbaycanda siyasi dustaqların vəziyəti haqqında" məruzəni təqdim edib.

G.Hacıyeva hesab edir ki, prezidentin əfv haqqında 20 mart tarixli fərmanı siyasi dustaqların proobleminin həll edilməsi istiqamətində ən qəti və prinsipial addımdır.

"İnanıram ki, bu işçi qrupu çərçivəsində siyasi dustaqların problemi tamamilə həll olunacaq.Bunun üçün siyasi iradə vardır, yalnız bir neçə texniki məsələni həll etmək qalır" -deyə G.Hacıyeva bildirib.

Milli Məclisin AŞPA-da Azərbaycan parlament nümayəndə heyətində təmsil olunandigər deputatı Asim MollazadəAŞPA qarşısında respublikanın götürdüyü bütün öhdəliklərin tamamilə yerinə yetirilməsinin vacibliyinə əmindir.Amma, onun sözlərinə görə, ölkənin bürokratik aparatı hər gür vəchlə bu prosesə mane olur.

Deputat qeyd edib ki, Azərbaycanın qarşısında hələ çox işlər dayanır. "Bizim məqsədimiz Azərbaycanla AŞ arasında əməkdaşlığın tənzimlənməsidir və düşünürəm ki, biz bütün qüvvəmizlə buna çalışmalıyıq"-deyə A.Mollazadə bildirib.

Xəbər lenti

Xəbər lenti