...

BAQDAT SEYBATTALOV: İRANIN YENİ RƏHBƏRİNİN XƏZƏR DƏNİZİNİN STATUSU İLƏ BAĞLI MÖVQEYİ HƏLƏLİK MƏLUM DEYİL

Siyasət Materials 5 İyul 2005 17:29 (UTC +04:00)

İranda keçirilmiş prezident seçkilərindən sonra Xəzər dənizinin statusu ilə bağlı İranın mövqeyinin nə dərəcədə dəyişməsinə dair Qazaxıstanın hələlik heç bir məlumatı yoxdur. Bu barədə Trend agentliyinin müxbiri ilə söhbətində Qazaxıstan Respublikasının Azərbaycandakı səfirinin müşaviri Baqdat Seybattalov bildirib.

Qazaxıstanlı diplomat xatırladıb ki, bu ay Bakıda Xəzər dənizinin statusu üzrə danışıqların növbəti raundu gözlənilr və burada rəsmi Tehranın mövqeyi bəlli olacaq.

"Biz yaxın gələcəkdə Xəzər dənizinin statusu üzrə sazişin bağlanacağına ümid edirik", - deyə səfirin müşaviri bildirib. O, həmçinin İranın Xəzər dənizində yataqların işlənməsinə Rusiyanın investisiya qoyması arzusunu da nəzərə çatdırıb.

"Qazaxıstan bu problemin tezliklə həllinə çalışır", bundan başqa üç Xəzəryanı dövlət artıq bu məsələ ilə bağlı razılığa gəlib, - deyə B. Seybattalov sonda qeyd edib.

Xəbər lenti

Xəbər lenti