...

ELMAR MƏMMƏDYAROV: HƏRBİ ƏSİRLƏR VƏ İTKİN DÜŞMÜŞ ŞƏXSLƏRLƏ BAĞLI MƏSƏLƏLƏRİN MÜSBƏT HƏLLİ ETİMADIN YARADILMASI ÜÇÜN MÜHÜM ƏHƏMİYYƏT KƏSB EDİR

Siyasət Materials 8 İyul 2005 20:55 (UTC +04:00)

Hərbi əsirlər və itkin düşmüş şəxslərlə bağlı məsələlərin müsbət həlli Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir və regionda qarşılıqlı etimad mühitinin yaradılmasına imkan verir.

Trend agentliyi bildirir ki, iyulun 8-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin rəhbəri Meri Vernts ilə görüşündə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov bu bəyanatla çıxış edib.

Azərbaycan XİN başçısı qeyd edib ki, belə məsələlərdə Azərbaycan tərəfi Beynəlxalq Humanitar Hüququn prinsiplərini rəhbər tutur, Ermənistan tərəfdən isə bu prinsiplər kobud şəkildə pozulur.

E.Məmmədyarov qeyd edib ki, Ermənistan tərəfdən beynəlxalq hüquqların pozulması ATƏT-in fakt-araşdırıcı missiyasının hsabatında da öz əksini tapmışdır.

Aparılan söhbət əsnasında həmçinin BQXK-nin Azərbaycandakı fəaliyyətinə aid olan məsələlərə də geniş toxunulmuş, xüsusilə respublika penitensiar sistemindəki vəziyyət, eləcə də Komitənin ölkənin müxtəlif dövlət strukturları ilə qarşılıqlı münasibəti kimi məsələlər müzakirə olunmuşdur.

Xəbər lenti

Xəbər lenti