...

ŞİMALİ KİPR RƏHBƏRLİYİ AZƏRBAYCANLA HAVA YOLLARININ AÇILMASINA RƏSMƏN İCAZƏ VERİB

Siyasət Materials 21 İyul 2005 12:57 (UTC +04:00)

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş mülki aviasiya idarəsi Azərbaycanın "Imair Airlines" aviaşirkətinə Bakı-Lefkoşa-Bakı marşrutu üzrə aviareyslərə başlamağa icazə verib. Trend in Türkiyənin "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, belə bir qərar ŞKTR DİN-nin rəsmi icazəsindən sonra qəbul olunub.

Məlumatda bildirilir ki, Azərbaycan aviaşirkətinin bu yaxınlarda Bakıdan Şimali Kiprin paytaxtı Lefkoşaya "ITX 8831/32" reysini həyata keçirmək üçün icazə istəyib. Bakıdan Lefkoşaya iyulun 27-də ilk reys həyata keçirən təyyarənin iyulun 31-də geri qayıtması nəzərdə tutulub.

Eyni zamanda, "İproteks" şirkətindən bildiriblər ki, bu reys üzrə biletlərin qiyməti "Imair Airlines" aviaşirkətinin nümayəndə heyətinin Şimali Kuiprin nümayəndələri ilə danışıqları başa çatdıqdan sonra məlum olacaq. "Hazırki mərhələdə bu reys üçün biletlər satılmır. Belə ki, iyulun 27-də Şimali Kiprə yalnız bir qrup azərbaycanlı sahibkar yola düşəcək", - deyə "İproteks"dən bildiriblər.

Xəbər lenti

Xəbər lenti