Avqustun 4-də Bakıda yerli istehsala Yardıma həsr olunmuş konfrans keçirilib. Trend agentliyi bildirir ki, konfrans yerli istehsala yardım Proqramına həsr olunub.
İqtisadi inkişaf naziri Fərhad Əliyev deyib ki, hazırda ölkədə fəal iqtisadi və struktur islahatları gerçəkləşdirilir, vergi yükü azaldılır, infrastruktur layihələri həyata keçirilir, hər il büdcə daxilolmalarının həcmi artır.
"Güclü dövlət qurmaq üçün fəal ticarət tələb edən güclü özəl sektorun olması vacibdirBununla bağlı olaraq ölkədə özəl sektorun inkişafına yönəldilmiş bir sıra sənədlər qəbul edilib " -deyə nazir qeyd edib.
Sonra F.Əliyev bildirib ki, Azərbaycanda malların saxtalaşdırılması və keyfiyyətsiz məhsulların tanınmış müxtəlif markalarla satışı nadir hal deyil.Xüsusilə nazir belə halların duz, kolbasa məmulatları ilə bağlı olduğunu qeyd edib, eləcə də Gəncə "istehsalı" olan "Coca-Cola" nı "təqdim edib" və bildirib ki, burada çoxlu sayda boyaq maddələrindən istifadə olunub.Nazir həm də qeyd edib ki, keyfiyyətsiz məhsullara polietilen məhsullarının istehsalında da rast gəlinib.
"Tezliklə Azərbaycan DTT-nin tərkibinə daxil olacaq və bizə keyfiyyətli məhsul lazımdır.Bunun üçün bizə ixracın təşviqi vacibdir.Xüsusilə ixracın təşviqi ilə məşğul olacaq fondun qeydiyyatı üzrə sənədlər hazırda ədliyyə nazirliyindədir " -deyə nazir qeyd edib.
İxracın təşviqinin funksiyası investisiyalar və məsləhətləşmələrin təşviqi Fonduna (İMTF) veriləcək ki, bunun da nəticəsində yeni qeydiyyat aparılmalıdır.Həmçinin İMTF-nin səlahiyyətlərinin genişləndirilməsi nəticəsində onun adının dəyişdirilməsi planlaşdırılır.
Nazir qeyd edib ki, yerli sahibkarlığın inkişafı üçün məhsulların tanınmasına, sərgi-yarmarkalara xüsusi diqqət ayrılmalıdır.Bununla iqtisadiyyatın həmin inkişafı inflyasiyanın idarə olunmasının səmərəliliyinin artırılmasına imkan verər və ölkənin iqtisadi imkanlarını genişləndirər.