...

İSRAİLİH YEHİ SƏFİRİ ARTUR LEHK AZƏRBAYCAHA GƏLİB

Siyasət Materials 10 Avqust 2005 14:16 (UTC +04:00)

İsrailin Bakıda yeni fövqəladə və səlahiyyətli səfiri Artur Lenk (Arthur Lenk) avqustun 9-da Azərbaycana gəlib. Bu barədə Trend ə İsrail səfirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Qeyd edək ki, Artur Lenk təcrübəli diplomatdır və o, 1994-cü ildən İsralini XİH-də işləyir. O, uzun müddət Yerusəlimdə İsrail XİH-nin Hüquq məsləhətxanası idarəsi yanında Beynəlxalq hüquq Departamentində çalışıb. İsrail XİH-nin xarici siyasət məsələlərini hazırlayan A.Lenk hüquqi sənədlərin tərtib edilməsində cavabdeh olub. O, ölkəsinin cari beynəlxalq məsələlərilə bağlı BMT və digər beynəlxalq təşkilatlarla əlaqə saxlayıb.

2000-ci ilə kimi İsrailin Hindistan və ABŞ-dakı diplomatik nümayəndəliklərində fəaliyyət göstərib. 2000 -ci ildən 2001-ci ilə kimi Şarm-əl-Şeyxdə İsrailin nümayəndəsi olub. 2002-ci ildən İsrail hökumətinin mətbuat katibidir.

Qeyd edək ki, Bakıda diplomatik missiyasını başa vuran İsrail səfiri Eytan Haye avqustun 7-də, bazar günü vətənə yola düşüb. Onun hər hansı yeni vəzifəyə təyin olunması barədə məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti