...

HAYDEMARİ GURER:AZƏRBAYCANLA AVSTRİYA ARASINDA ƏLAQƏLƏRİN İNKİŞAFI ÜÇÜN DAHA ÇOX İMKANLAR VARDIR

Siyasət Materials 12 Avqust 2005 20:23 (UTC +04:00)
HAYDEMARİ GURER:AZƏRBAYCANLA AVSTRİYA ARASINDA ƏLAQƏLƏRİN İNKİŞAFI ÜÇÜN DAHA ÇOX İMKANLAR VARDIR

Avstriyanın Cənubi Qafqazdakı səfiri xanım Haydemari Gurerin (Heidermaria Guerer) Trend agentliyinə müsahibəsi

- Azərbaycanla Avstriya arasında əməkdaşlığın hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? Sizin fikrinizcə, bu ölkələr arasında hansı sahələrdə daha uğurlu əməkdaşlıq mümkündür?

- Avstriya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər kifayət qədər yaxşı inkişaf edib. Azərbaycan bizim üçün Cənubi Qafqazda daha mühüm ticarət tərəfdaşıdır. "Avstriya hava yolları" avia şirkəti Bakıya uçuşlar təşkil edir.Münasibətlər həmçinin siyasi və mədəni sahələrdə də yaxşı inkişaf edib.

İndiyədək imzalanmış sazişlərin əksəriyyəti iqtisadi sahəyə, məsələn ikiqat vergiqoyulmasından yayınma, investisiyaların müdafiəsi, Daxili işlər nazirlikləri, Elmlər Akademiyaları, Vena Universiteti və Bakı Dövlət Universiteti ilə bağlanmış sazişlərə aiddir. Avstriya Bakıda Xarici DillərUniversitetində məlumat mərkəzi açıb, elmi-mədəni mübadilə genişləndirilir.

Baxmayaraq ki, Avstriyanın ən mühüm müəssisələri artıq Azərbaycanda (Avstriyanın OEMI və IOEST kimi iri neft-qaz şirkətləri və s.) fəaliyyət göstərir, ticarət və investisiya sahəsində münasibətlərin inkişafı üçün daha böyük imkanlar vardır.

- Son dövrlərdə viza alınması şərtləri çətinləşib(Azərbaycanda bununla Fransanın səfirliyi məşğul olur). Bu, xüsusilə turizm sahəsində ikitərəfli münasibətlərin inkişafına mənfi təsir etmirmi?

- Bizim ölkələrimiz arasında turizm hələlik çox geniş inkişaf etməyib. Avstriya hazırda Şengen vizasının verilməsi üzrə digər tərəfdaşların axtarışındadır.

- Avstriyada bir çox beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in nümayəndəliyinin olması faktını nəzərə alaraq Siz iki ölkə əməkdaşlığı perspektivlərini beynəlxalq səviyyədə necə qiymətləndirirsiniz?

Avstriya ilə Azərbaycan arasında beynəlxalq səviyyədə əməkdaşlıq əlifba üzrə yerləşmə yeri nəzərə alınmaqla həmişə çox müntəzəm olub.Beynəlxalq təşkilatlarda Avstriya nümayəndələri həmişə Azərbaycandan olan nümayəndələrlə yanaşı olur.

Avstriya həmişə öz ekspertlərini beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə göndərir, məsələn ATƏT, yaxud Beynəlxalq Qırmızı Xaç Komitəsi. Mən bəzilərinin adını çəkdim, onlar həmçinin BMT və Avropa Şurası çərçivsəində məsləhətləşmələr aparır.

-Cənubi Qafqazda regional problemlər üzrə, xüsusilə Dağlıq Qarabağ problemi üzrə Avstriyanın mövqeyi necədir?

-Avstriya Cənubi Qafqazdakı regional problemlərin yalnız sülh yolu ilə həll edilməsi tərəfdarı olan əksər ölkələrin fikrinə şərikdir. BMT-nin müvafiq aktlarında öz əksini tapmış ərazi bütövlüyü və millətin öz müqəddəratını həll etmə prinsiplərinə hörmətlə yanaşılmalıdır.

- Avstriya həmişə "öz xeyirxah xidmətləri" ilə yardım göstərməyə, beləliklə, münaqişənin həll edilməsinə kömək etməyə hazırdır. ATƏT-in yerləşim mərkəzi kimi öz funksiyası sayəsində Avstriya bununla bağlı istənilən görüşlərin, konfransların və s. keçirilməsi üçün açıqdır.

- Avstriya müşahidəçilərinin Azərbaycanda parlament seçkilərinin monitorinqində iştirakı planlaşdırılırmı?

- Avstriyadan olan müşahidəçilər də seçkilərdə iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti