...

İLHAM ƏLİYEV AVQUSTUN 18-DƏ QƏBƏLƏ RAYONUNA SƏFƏR EDƏCƏK

Siyasət Materials 17 Avqust 2005 16:19 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ölkənin şimal-qərb rayonlarına səfəri avqustun 18-də Qəbələ rayonuna səfərlə başlayacaq.

Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Oqtay Hacıyevin Trend ə bildirdiyinə görə, səfərə hazırlıq işləri tam başa çatıb. "Səfər avqustun 18-də saat 09:00-da başlayacaq.

Dövlət başçısının ilk növbədə Heydər Əliyev adına mərkəzi şəhər parkına baş çəkəcəyi və ictimaiyyət nümayəndələri ilə görüşəcəyi planlaşdırılır", - deyə O.Hacıyev qeyd edib.

Səfər çərçivəsində kərpic-çınqıl zavodunun inzibati binasının təməlinin qoyulması mərasimi keçiriləcək, həmçinin prezidentin tamamilə bərpa edilmiş və bu rayonda istehsal olunan mal və xidmətlər sərgisinin açıldığı Qəbələ Mədəniyyət evinə baş çəkəcəyi gözlənilir.

Eyni zamanda İ.Əliyev Qəbələ şəhərinin 2-3 km-də yerləşən bulaqlardan çəkilmiş su kəmərinin açılışında iştirak edəcək.

Dövlət başçısı hazırda tikintisi başa çatmamış şirə istehsalı zavoduna baş çəkəcək. Rayon icra hakimiyyəti başçısının müavini xatırladıb ki, bu zavodun texniki təminatına dair saziş prezidentin İtaliyaya səfəri gedişində bağlanıb.

"Bu avadanlıqlar artıq Azərbaycana gətirilib, zavodun tikintisi isə sürətlə davam etdirilir", - deyə O.Hacıyev bildirib.

Qarşıdakı səfər çərçivəsində həmçinin çörək-bulka sexinin və fındıq emalı zavodunun istismara verilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti