...

ELDAR ZEYNALOV: AŞPA SƏDRİNƏ PARLAMENT SEÇKİLƏRİNƏ QƏDƏR AZƏRBAYCANDAKI SİYASİ MƏHBUS PROBLEMİNİN AŞPA-DA MÜZAKİRƏ OLUNMASINI TƏKLİF ETDİM

Siyasət Materials 22 Avqust 2005 14:36 (UTC +04:00)

Avqustun 22-də Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiə təşkilatlarının rəhbərləri ilə hazırda ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının sədri, Rene Van der Lindenin görüşü keçirilib.

Görüşün nəticələri ilə bağlı "Trendə" açıqlama verən hüquq müdafiəçisi Eldar Zeynalov bildirib ki, göruşdə bir sıra seçkiqabağı məsələlər, o cümlədən siyasi məhbuslar ətrafında dialoqlar və təkliflər müzakirə olunub.

AŞPA sədrinin diqqətini seçki öncəsi Azərbaycanda işə salınmış "qara piar maşına" yönəltdiyinə diqqət çəkən E. Zeynalov, həmçinin "bomba əməliyyatına" görə həbs edilmiş iki nəfər müxalifətçi və Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilərək həbs edilmiş Ruslan Bəşirliyə ilə bağlı məsələləri də qabartdığını ifadə edib.

"Bildirdim ki, seçkiöncəsi bu cür siyasi motivlərlə həbslər Azərbaycanda ilk dəfə deyil", deyən hüquq müdafiəçisi, R. Lindenə təklif edib ki, Azərbaycandakı siyasi məhbus məsələsi AŞPA-nın oktıyabr sessiyasında müzakirəyə çıxarılsın.

E.Zeynalov, həmçinin, hüquq müdafiəçilərinin seçkiləri müşahidə etmələrinə muxtəlif maneçiliklər törədilməsindən də danışıb. "Cənab Lindenin nəzərinə çatdırdım ki, hələ 2000-ci ildə hüquq müdafiəçiləri Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etməkdə çətinlik çəkmişdilər.

Onların müşahidəçilik etməsi qarşısında çoxlu süni maneələr yaradılmışdı. Məsələn, mən noyabr ayında keçiriləcək parlament seçkilərinin gedişatını Norveçdə sərbəst şəkildə müşahidə edə biləcəyəm. Ancaq Azərbaycanda hüquq müdafiəçilərinə bu şərait yaradılmır" - deyə Eldar Zeynalov bildirib.

Xəbər lenti

Xəbər lenti