...

TƏHSİL NAZİRLİYİ ÖZƏL ALİ MƏKTƏBLƏRDƏ MƏCBURİ KÖÇKÜNLƏRİN TƏHSİL HAQQINI ÖDƏMƏKDƏN AXZAD EDİLMƏSİ MƏSƏLƏSİNİ NƏZƏRDƏN KEÇİRMƏYƏ HAZIRDIR

Siyasət Materials 23 Avqust 2005 15:35 (UTC +04:00)
TƏHSİL NAZİRLİYİ ÖZƏL ALİ MƏKTƏBLƏRDƏ MƏCBURİ KÖÇKÜNLƏRİN TƏHSİL HAQQINI ÖDƏMƏKDƏN AXZAD EDİLMƏSİ MƏSƏLƏSİNİ NƏZƏRDƏN KEÇİRMƏYƏ HAZIRDIR

Əgər müvafiq müraciət olarsa, Azərbaycanın Təhlsil Nazirliyi bu il ölkənin özəl ali məktəblərinə daxil olmuş məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad olunması məsələsinə baxa bilər.

Trend in məlumatına görə, bu barədə jurnalistlərə avqustun 23-də Azərbaycanın təhsil naziri Misir Mərdanov Nazirliyin bəzi özəl ali məktəblərin bütün təhsil haqıqının 50 %-nin ödənilməsi tələbini müzakirə edərkən bilidirib.

Onun sözlərinə görə, indiyə qədər Nazirliyə belə müraciətlər daxil olmayıb. Bu məsələnin ötən il də çox aktual olduğunu bildirən nazir əlavə edib ki, həmin zaman o, bütün özəl ali məktəblərin rektorlarını toplayaraq onlarla vəziyyəti müzakirə etmiş və sonda məsələ müsbət həll olunmuşdu.

"Ayrıca pullu dövlət ali məktəblərinə gəldikdə, burada prezidentin qaçqınların və məcburi köçkünlərin təhsil haqqından azad olunması barədə fərmanı qüvvədədir", deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti