...

"AZADLIQ" "MƏNİM ADIM HANI" KAMPANİYASINA BAŞLAYACAQ

Siyasət Materials 31 Avqust 2005 19:38 (UTC +04:00)

"Seçici siyahıları bərbad vəziyyətdədir. Çox vaxt siyahılara dünyasını dəyişən insanların adları salndığından seçicilər problemlərlə üzləşirlər. Bu problemlərin qarşısını vaxtından almaq məqsədilə sentyabrın 1-dən "Mənim adım hanı" kampaniyasına starat verəcəyik" Bu barədə Trend agentliyinə Müsavat başqanı İsa Qəmbər məlumat verib.

Müsavat başqanı vurğulayıb ki, minlərlə insan bu kampaniyaya qoşulacaq: "Öz adlarını siyahılarda tapmayan seçicilər bizə müraciət edə bilərlər. Biz problemi aradan qaldırmaq üçün öz vasitələrimizdən istifadə edəcəyik"

İsa Qəmbər onu da vurğulayıb ki, sentyabrın 1-i onun özü də kampaniyaya qoşulacaq: "Mənim adım olan seçki məntəqəsi Atatürk prospektində yerləşir. Həmin məntəqəyə gedib adımı seçki siyahısında axztaracam"

Xəbər lenti

Xəbər lenti