...

MİLLİ MƏCLİSİN REGİONAL KOMİSSİYASININ İCLASINDA BİR SIRA QANUN LAYİHƏLƏRİ MÜZAKİRƏ OLUNUB

Siyasət Materials 7 Sentyabr 2005 13:37 (UTC +04:00)

Senytabrın 7-də keçirilən Milli Məclisin daimi komissiyasının iclasında "Azərbaycan Respublikası Ağsu rayonunun inzibati ərazi vahidində qismən dəyişikliklərin edilməsi barədə" və "Bir sıra qanunvericilik aktlarında dəyişikliklərin edilməsi barədə" qanunların qəbul edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının Bələdiyyə Şurasının Nazimnaməsi", "Bəzi qanunvericilik aktlarında dəyişikliklərin və əlavələrin edilməsi barədə" qanun layihəsi müzakirə edilib.

Komissiyanın sədri Zahid Qaralovun Trend ə verdiyi məlumata görə, MM-də Bələdiyyə Şurasının Nizamnamə layihəsinin müzakirəsi zamanı birinci oxcunuşda deputatlar şuranın hüquqları, məqsəd və vəzifələri, eləcə də funksiyaları barədə öz fikirlərini bildiriblər.

İşçi qrupu bir daha tövsiyələri və təklifləri müzakirə edib. Şuranın məqsəd, funksiyalarında bildirilir ki, bələdiyyə şurası Azərbaycan bələdiyyələrinin maraqlarını müdafiə edəcək, onların fəaliyyətlərini əlaqələndirəcək ki, bu da yerli idarəetmələrin inkişafına yardım edəcək.

Z. Qaralov həmçminin bildirib ki, Ağsu rayonunun Daşdəmirbəyli kəndi ərazisinə və əhalisinin sayına görə başqa kəndlərdən fərqləndiyi üçün onun Çaparlı kəndinin ərazisindən ayrılması məqsədəuyğundur. Daşdəmirbəylinin mərkəz olacağı hesaba alınmaqla bu kəndin ərazi bölgüsünü yaratmaq ehtimal olunur. Bu kənddə 500 hektardan artıq torpaq sahəsi var və əhalinin sayı 1000 nəfərə yaxındır, 200 ayrıca təsərrüfat subyektlərinə və ayrıca bələdiyyəyə malikdir. Komissiya üzvləri bu məsələyə müsbət münasibətlərini ifadə edərək onun Milli Məclisdə təsdiqlənməsini tövsiyyə ediblər. Digər qanun layihəsinin qəbul olunmasından sonra müvafiq qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti