...

SEÇKİQABAĞI TƏŞVİQAT KAMPANİYASINA START VERİLDİ

Siyasət Materials 7 Sentyabr 2005 19:26 (UTC +04:00)

Bu il noyabrın 6-da keçiriləcək üçüncü çağırış Milli Məclisə seçkilərin təşviqat kampaniyası sentyabrın 7-də saat 20.00-dan rəsmən başlandı. Mərkəzi Seçki Komissiyasından (MSK)

Trend ə verilən məlumata görə, sentyabrın 7-si saat 18.00-da namizədlərin qeydə alınması prosesi başa çatıb. Artıq namizədlərin seçkiqabağı təşviqat kampaniyası start götürüb.

MSK-dan bildirib ki, gələn həftə namizədlərin kütləvi informasiya vasitələrində pulsuz təşviqatı ilə bağlı püşkatma keçiriləcək. Pulsuz təşviqatdan yalnız namizədi 60-dan çox seçki dairəsində qeydə alınan siyasi partiyalar və partiyaların seçki blokları istifadə edə bilərlər.

Pulsuz təşviqat materialları və reklam çarxları "Azərbaycan", "Respublika", "Xalq", "Bakinskiy raboçiy" qəzetlərində və İctimai Televiziya ilə AzTV-də yerləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti