...

VƏTƏNDAŞ QURUCULARI CƏMİYYƏTİ SEÇKİ BLOKU SENTYABRIN 24-NƏ PLANLAŞDIRDIĞI MİTİNQLƏ BAĞLI MERİYAYA MƏKTUB GÖNDƏRİB

Siyasət Materials 13 Sentyabr 2005 14:53 (UTC +04:00)

"Vətəndaş Qurucuları Cəmiyyəti" (VQC) seçki bloku "Qələbə" meydanında sentyabrın 24-nə planlaşdırdığı mitinqə icazənin verilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məktub ünvanlayıb". Bu barədə Trend agentliyinə VQC seçki blokunun mərkəzi seçki qərargahının rəhbəri Yaşar Cəfərli bildirib.

Onu da qeyd edək ki, sentyabrın 24-də VQC ilə yanaşı "Yeni Siyasət" seçki bloku da "Qələbə" meydanında mitinq planlaşdırıb.

Hər iki blokun eyni vaxtda eyni ünvanda mitinq keçirəcəklərinə münasibət bildirən Y.Cəfərli qeyd edib ki, onlar sentyabrın 24-ü mitinqin keçirilməsinə dair qərarı hələ avqustun 26-da veriblər: "YES"in isə bu barədə nə vaxt qərar verməsini bilmirəm. Hər halda biz birinci bu tarixi müəyyənləşdirmişik".

"YES" seçki blokunun təisisçilərindən olan Eldəniz Quliyev isə Trend ə keçirəcəkləri mitinqlə bağlı dəqiq tarix söyləmədiklərini bildirib: "Biz mitinqi sentyabrın sonlarında keçirməyi nəzərdə tutmuşuq".

Hətta bununla bağlı mitinq komitəsinin yaradıldığını və Azərbaycan Milli İstiqlal Partiyasının sədri Əli Əliyevin bu komitəyə rəhbərlik etdiyini qeyd edən E.Quliyev mitinqə möhkəm hazırlaşdıqlarını bildirib.

"YES" seçki blokunun mətbuat xidmətinin rəhbəri Elza Alışova isə qeyd edib ki, onlar mitinqin vaxtını dəyişdirə bilərlər.

Xəbər lenti

Xəbər lenti