Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 14-də Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitieni qəbul edib.
Trend bildirir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, respublikada keçiriləcək parlament seçkiləri, Azərbaycanın Aİ ilə əməkdaşlığı və qarşılıqlı maraq doğuran digər məsələlər müfəssəl müzakirə olunub.