...

AZƏRBAYCANÇI QÜVVƏLƏR SEÇKİ BLOKU OKTYABRIN 1-Ə PLANLAŞDIRDIĞI MİTİNQƏ 10 MİN ADAM ÇIXARMAĞI NƏZƏRDƏ TUTUB

Siyasət Materials 14 Sentyabr 2005 17:20 (UTC +04:00)

"Azərbaycançı Qüvvələr (AQ) seçki bloku oktybarın 1-ə planlaşdırdığı mitinqə 10 min insan çıxarmağı nəzərdə tutub". Bu barədə Trend agentliyinə AB seçki blokunun təisiçilərindən olan Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.

Partiya sədri qeyd edib ki, bununla bağlı Bakı meriyasına artıq məktub göndərilib: "Mitinqlə bağlı nəzərdə tutduğumuz işlər istədiyimiz istiqamətdə cərəyan edərsə və heç bir maneə törədilməsə, onda bu rəqəm ikiqat arta bilər".

Mitinq Komitəsinin formalaşdığını qeyd edən T.Kərimli: "Birlik Partiyasının sədri Xudadət Xudiyevin mitinq komitəsinə sədr, Dirçəliş Partiyasının sədri Azər Qasımzadənin müavin, İslam Partiyasından Vaqif Abdullayev və Vəhdət Partiyasından isə Vidadi Fərəcovun komitəyə üzv seçiliblər" - deyə bildirib.

Mitinqdə isə səslənəcək əsas şüarların "Qarabağ!", "İş, çörək!" və "Demokratik seçki!" olacağını deyən T.Kərimli mitinqin möhtəşəmliyi məsələsində "Azadlıq" blokundan geri qalmayacaqlarını bildirib.

Xəbər lenti

Xəbər lenti