...

OKTYABRIN 12-DƏ GÜRCÜSTANDA BAKI-TBİLİSİ-CEYHAN LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏNTƏNƏLİ MƏRASİM KEÇİRİLƏCƏK

Siyasət Materials 19 Sentyabr 2005 18:31 (UTC +04:00)
OKTYABRIN 12-DƏ GÜRCÜSTANDA BAKI-TBİLİSİ-CEYHAN LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏNTƏNƏLİ MƏRASİM KEÇİRİLƏCƏK

Oktyabrın 12-də Tbilisidə Gürcüstan sərhəddi vasitəsilə Türkiyəyə keçən Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Azərbaycan neftinin nəql olunmasına həsr olunmuş təntənəli mərasim keçiriləcək. Trend in məlumatına görə görə, bu barədə sentyabrın 19-da ARDNŞ-nin rəhbəri və BTC BTC Co-nun baş direktoru Natiq Əliyev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hazırda Azeri Light növlü nefti boru kəməri ilə Gürcüstandakı 2-ci nasos stansiyası istiqamətində nəql olunur. "Hesab edirəm ki, oktyabrın 12-nə kimi o bu stansiyada tam qəbul olunacaq və müəyyən sınaq işlərindən sonra sərhəddi keçəcək", - deyə o bildirib.

Supsadan Azeri Light nefti ilə yklənmiş tankerlərin Ceyhan terminalını yoxlamaq üçün göndərilməsinə məsələsinə toxunan Natiq Əliyev bunun oktyabrın 8-də baş tutacağını bildirib.

Xatırladaq ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri ildə 50 milyon ton neftin nəql olunması üçün nəzərdə tutulub. İlk tankerin yüklənməsi 2005-ci ilin sonlarında nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti