...

PARLAMENT VALYUTA BAZARINDA YARANAN BÖHRANIN SƏBƏBLƏRİNİN AYDINLAŞDIRILMASINI TƏLƏB EDİB

Siyasət Materials 20 Sentyabr 2005 17:32 (UTC +04:00)

"Son üç gün ərzində ölkənin valyuta bazarında milli iqtisadiyyatımıza ciddi zərbə olan böhran yaşanıb" Trend bildirir ki, Yurddaş Partiyasının sədri, millət vəkili Mais Səfərli parlamentdə bu fikri səsləndirərək belə böhranı yaradanların cəzalanması üçün lazımi tədbirlərin görülməsini tələb edib.

M.Səfərli dövlət məmurlarının məlum məsələ ilə bağlı cəmiyyətə ağlabatan heç bir izahat vermədiyindən də təəsüfləndiyini bildirib: "Onların gətirdlikləri arqumentlər bir-birini təkzib edib. Azərbaycanda heç bir iqtisadi böhran gözlənilmir, iqtisadiyyatımız lazımi səviyyədə inkişaf edib. Ancaq görünür belə böhranla kimlərinsə tərəfindən süni şəkildə yaradılıb".

Millət vəkili spikerdən bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının ciddi məşğul olması barədə lazımi tədbirin görülməsini xahiş edib.

Digər millət vəkili Şaitdin Əliyev də məlum məsələ barədə çıxış edərək bildirib ki, Milli Bankın sədri parlamentə dəvət olunmalı və yaranmış böhran barədə millət vəkillərinə məlumat verməlidir: "Valyuta bazarında belə böhranı yaradanlar isə mütləq məsuliyyətə cəlb olunmalıdır".

"Valyuta dəyişmə məntəqələrində baş verən belə hadisələr ciddi surətdə ölkənin iqtisadi suverenliyini təsir göstərir. Bu iqtisadi təhlükədir" - deyən millət vəkili Əliməmməd Nuriyev parlamentdə bu məsələləri araşdırmaq üçün deputatlardan ibarət istintaq komissiyasının yaradılması təklifini verib.

Məsələyə aydınlıq gətirilməzsə seçki ərəfəsində belə bir hadisənin yenidən təkrarlana biləcəyini bildirən millət vəkili bunu ölkədə xaosun yaradılmasına xidmət etdiyini qeyd edib.

Valyuta bazarında baş verən böhrana münasibət bildirən spiker Murtuz Ələsgərov onun da bu hadisədən narahatlıq keçirdiyini bildirib: "Bu hadisələr bəlkə də təsadüfü deyildi. Ona görə də bu məsələlər ayraşdırılmalı və kimin təqsiri varsa cəzalandırılmalıdır".

Xəbər lenti

Xəbər lenti