...

9 NAMİZƏD ACLIQ AKSİYASINA BAŞLAYIB

Siyasət Materials 28 Sentyabr 2005 14:27 (UTC +04:00)

"70 saylı Masallı seçki dairəsindən namizədliyi qeydə alınan 9 şəxs sentyabrın 28-dən aclıq aksiyasına başlayıb". Bu barədə Trend ə namizədliyi həmin dairədən ləğv edilən Türk Millətçi Partiyasının sədri Vüqar Bəyturan bildirib.

Onun sözlərinə görə namizədlərin aclıq aksiyasına başlamasına əsas səbəb hüquqlarının pozulmasına son qoyulması olub: "Aclıq edənlər həm də dairə seçki komissiyasının sədri Elxan Məmmədovun tutduğu vəzifədən kənarlaşdırılması tələbi ilə çıxış ediblər. Tələbləri yerinə yetirilməyəcəkləri təqdirdə aclıq aksiyasını davam etdirəcəklər".

Partiya sədri onu da bildirib ki, aksiyada iştirak edən namizədlərə onları dəstəkləyən seçicilərin də qoşulacağı gözlənilir. Lakin namizədlər hələlik buna razılıq verməyiblər: "Rayonun yüksək vəzifəli şəxslərindən heç kim onlarla maraqlanmayıb. Ancaq bu barədə bütün beynəlxalq təşkilatlar məlumatlandırılıblar".

Xəbər lenti

Xəbər lenti