...

Rüstəm Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti Simferopoldadır

Siyasət Materials 19 Oktyabr 2005 11:26 (UTC +04:00)

"Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Rüstəm Usubovun rəhbərliyi ilə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti Simferopoldadır". Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, eks-spiker Rəsul Quliyev İnterpol xətti ilə Simferopolda saxlanıldıqdan sonra Azərbaycanın Baş Prokurorluğu "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə müvafiq olaraq Ukrayna Respublikası Baş Prokurorluğu qarşısında vəsatət qaldırıb. Iəsatətdə qeyd olunub ki, Rəsul Quliyev cinayət məsuliyyətinə cəlb edilmək üçün Azərbaycanın hüquq-mühafizə orqanlarına verilməlidir. Oktyabrın 18-də günün ikinci yarısında Rüstəm Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynaya çatıb.

Xəbər lenti

Xəbər lenti