...

Qeyrət Partiyasının sədri qərarından daşınıb

Siyasət Materials 1 Noyabr 2005 14:07 (UTC +04:00)

"Qeyrət Partiyasının sədri Əşrəf Mehdiyev seçkiləri baykot qərarından daşınıb" Bu barədə Trend agentliyinə partiya sədrinin özü bildirib.

Ə.Mehdiyev onu da qeyd edib ki, bu qərarı dəyişməkdə ona namizədi olduğu 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən olan seçiciləri təsir göstəriblər: "Seçicilərim mənə məsləhət gördülər ki, mübarizəmi davam etdirim". Ə.Mehdiyev onu da bildirib ki, daim müxalifətə yardım etməsinə baxmayaraq bu məsələdə ona kömək etmək istəmirlər.

Partiya sədri onu da bildirib ki, namizədi olduğu seçki dairəsindən ona təzyiqlər də olur: "Azadlıq" blokunun namizədi mənim əleyhimə təbliğat aparır. Plakatlarımı cırır, seçicilərimin evlərinə gedib mənə səs verməməlrini tələb edir və s. Mən bununla bağlı müəyyən instansiyalara müracəitlər etmişiəm".

Xəbər lenti

Xəbər lenti