...

Müdafiə naziri ATƏT-in nümayəndələrini qəbul edib

Siyasət Materials 2 Noyabr 2005 16:21 (UTC +04:00)

Noyabrın 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçkiləri Müşahidə Missiyasının rəhbəri Gert Henrix Arensin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir qonaqlara Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizin üzləşdiyi fəsadlar barədə geniş məlumatlar verib.

Nümayəndə heyətini maraqlandıran suallara cavab verən Səfər Əbiyev Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər ərəfəsində hərbi hissələrdə görülən tədbirlərdən də danışıb.

Xəbər lenti

Xəbər lenti