...

MSK şikayətlərin araşdırmasını başa çatdırıb və seçkinin yekun protokollarını tərtib edib

Siyasət Materials 23 Noyabr 2005 17:34 (UTC +04:00)

Noyabrın 23-də MSK-nın növbəti iclası keçirilib. Trend xəbər verir ki, iclasda MSK tərəfindən seçkilərin ümumi yekunları haqqında protokolun tərtib editlməsi və seçkilərin yekunlarının yolanılması, təsdiqlənməsi üçün Konstitusiya məhkəməsinə təqdim edilməsi məsələsi müzakirəyə çıxarılıb.

MSK sədri Məzahir Pənahov bildirib ki, MSK-ya 538 müraciət daxil olub və bu müraciətlərin araşdırılması artıq başa çatldırılıb. MSK Seçki məcəlləsinə uyğun olaraq yekun protokolları hazırlayıb. M.Pənahov bildirib ki, ölkə üzrə seçicilərin sayı 4 milyon 675 min 572 nəfər olub. Lakin 1 milyon 974 min 36 nəfər seçici səsvermədə iştirak edib. Bakı üzrə seçicilərin fəallığı 46,6% təşkil edib. Ölkə üzrə dairə seçki komissiyalarının və onların təqdim etdiyi protokolların sayı 125-dir. Ümumilikdə 4 seçki dairəsində, 460 məntəqəsində seçkilərin nəticələri etibarsız hesab edilib. Hazırda 121 nəfər namizəd deputat seçilmiş sayılır.

Xəbər lenti

Xəbər lenti