...

Ümumdünya Ərzaq Proqramı Azərbaycan hökumətinə təşəkkür elan edib

Siyasət Materials 24 Noyabr 2005 18:45 (UTC +04:00)

Noyabrın 24-də BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) 130 min nəfər məcburi köçkünü əhatə edəcək üç illik yardım proqramı üçün etdiyi 3 milyon ABŞ dolları məbləğindəki ianəyə görə (hər ilə 1 milyon ABŞ dolları hesabı ilə) Azərbaycan hökumətinə öz təşəkkürünü bildirib. Bu barədə Trend ə həmin Prqoramın Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Bu ianə, ÜƏP-in 2006-cı ilin iyununda başa çatacaq 24 milyon ABŞ dolları məbləğində olan cari layihənin 25 faiz maliyyə vəsaiti qıtlığı ilə üzləşdiyi bir vaxta təsadüf edir. Həmin layihənin əlavə dəyəri 18 milyon ABŞ dolları olmaq şərti ilə daha iki illik müddətinə uzadılması nəzərdə tutulur.

Dəyəri 800 min ABŞ dolları məbləğində olan 2.100 ton un, yağ və şəkər tozu əmtəə halında ianə etməklə Azərbaycan, ilk dəfə olaraq bu il ÜƏP-ın donoruna çevrilmişdir. Həmin ərzaq məhsulları Azərbaycanda çox ağır şəraitdə rayonlarda və kəndlərdə yaşayan 130 min nəfər məcburi köçkün arasında paylanılıb.

ÜƏP-in Yaxın Şərq, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Regional Direktoru Əmir Abdulla deyib: "Biz bu ianəyə görə minnətdarıq və ümidvarıq ki, bu, digər donorları Azərbaycandakı köçkün əhalisinə yardım göstərməyə yönələn fəaliyyətimizə vəsait ayrılmasına kömək edəcək".

Xəbər lenti

Xəbər lenti