...

Avropa Şurasının nümayəndələri MSK sədri ilə görüşüb

Siyasət Materials 2 Dekabr 2005 15:54 (UTC +04:00)

Azərbaycanda səfərdə olan Avropa Şurasının nümayəndələri dekabrın 2-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüblər. Trend xəbər verir ki, MSK-da keçirilən görüşdə Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross, Andres Herkel, Avropa Şurasının Azərbaycandakı seçkiləri müşahidə qrupunun rəhbəri Leo Platvod iştirak ediblər.

Görüşdə əsasən 6 noyabrda Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələri barədə müzakirələr aparılıb. MSK sədri 6 noyabr seçkiləri ilə bağlı qonaqlara ətraflı məlumat verib. O, bu seçkidə iştirak etmiş namizədlərin sayı, siyasi mənsubiyyəti, seçkini izləyən yerli və beynəlxalq müşahidəçilər, seçki günü keçirilən "exit-poll"lar, həmçinin, beynəlxalq təşkilatların bu seçkiyə verdiyi qiymət, onların rəyləri barədə də danışıb.

Xəbər lenti

Xəbər lenti