"Yeni Siyasət" seçki bloku seçkidən öncə və sonra fəaliyyətini düz qurmadı". Bu barədə Trend ə adıçəkilən blokun təsisçilərindən olan Azərbaycan Ziyalılar Hərəkatının rəhbəri Eldəniz Quliyev bildirib.
E.Quliyev onu da qeyd edib ki, blokdan iki nəfərin millət vəkili seçilməsinə baxmayaraq qarşıya qoyulan məqsədlərə nail ola bilməyiblər: "Bu bizim məğlubiyyətimizdir. İşimizi əvvəlcədən düz qurmadıq. Seçki təbliğatı zəif aparıldı, seçkidən sonra mübarizəmizdə də vəhdət yarada bilmədik".
E.Quliyev seçkilərdə məğlubiyyətə uğradıqlarının başlıca səbəbini təsisçilər arasında yaranan fikir ayrılığı ilə əlaqələndirib.