...

Məkkədə İslam Konfransı Təşkilatının sammiti öz işinə başlayıb

Siyasət Materials 7 Dekabr 2005 15:01 (UTC +04:00)

Məkkədə İslam Konfransı Təşkilatının (İKT) 3-cü fövqəladə sammiti öz işinə başlayıb. Trend in məlumatına görə, sammitin açılış mərasimində iştirak etmək üçün Azərbaycan prezidenti İlham Əliyev əl-Səfa sarayına gəlib.

Azərbaycanın dövlət başçısı Səudiyyə Ərəbistanın kralı Abdulla ibn Əbdüləziz əl-Səud tərəfindən qarşılanıb və sonra o, sammit iştirakçıları qarşısında təbrik nitqi ilə çıxış edib.

Tədbirdə İKT-nın üzvü olan 57 ölkənin dövlət, hökumət başçıları və yüksək rütbəli şəxsləri, eləcə də bir sıra beynəlxalq təşkilatların liderləri iştirak edir.

Xatırladaq ki, İKT 1969-cu ildə Rəbatda (Mərakeş) beynəlxalq konfransın yekunları üzrə yaradılıb. Azərbaycan isə 1992-ci ildə bu təşkilata üzv seçilib.

Xəbər lenti

Xəbər lenti